Şəmkirdə dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ ilə bağlı rəsmi açıqlama

Şəmkirdə dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ ilə bağlı rəsmi açıqlama






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Azərbaycan, #Hadisə, #Şəmkir, #Şəmkir rayonu, #Zəhərlənmə, #Zəhərlənmə hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəmkir rayonunda iki ayrı dönərxanada baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Agentlik tərəfindən məsələ nəzarətə götürülüb:

“Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir”, – məlumatda qeyd olunub.

Aygün Mirakif

10:56

Şəmkir rayonunda iki ayrı dönərxanada zəhərlənmə hadisəsi baş verib.

presstvaz xəbər verir ki, hadisələr noyabrın 9-u saat 01 və 03 radələrində qeydə alınıb.

Şəhər ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev , “Mersin” dönərxanasından isə şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, onun qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv