COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkarlandı

COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkarlandı






presstv

"Presstv"az #Allergiya, #COVID-19, #Koronavirus, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Atopik dermatit, yəni ekzema diaqnozu qoyulmuş uşaqlar COVID-19-a qarşı peyvəndlənmə nəticəsində təkcə koronavirusdan qorunmaqla kifayətlənməyib, həm də əlavə sağlamlıq faydaları əldə edə bilərlər.

presstvaz-ın AZƏRTAC-a verdiyi xəbərə görə, Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin (ACAAI) illik konfransında təqdim edilən tədqiqat göstərib ki, peyvənd olunmuş uşaqlarda infeksiyalar və allergik ağırlaşmalar daha az müşahidə olunur.

Tədqiqatda atopik dermatit diaqnozu qoyulmuş 17 yaşdan kiçik 11 mindən çox uşaq iştirak edib, belə ki, onların yarısı peyvənd olunmuş, digər yarısı isə peyvənd olunmamışdır. Nəticələrə əsasən, peyvənd olunmuş uşaqlarda tənəffüs yolları xəstəlikləri olan bronxit, sinusit və pnevmoniya, eləcə də dəri infeksiyaları olan impetiqo və kontagioz mollyusk kimi xəstəliklər çox nadir hallarda inkişaf etmişdir. Bundan əlavə, onlarda astma, rinit və qida mənşəli anafilaksiya daxil olmaqla allergik reaksiyalar da daha az rast gəlinib.

Alimlərin fikrincə, peyvəndlənmə ekzema olan uşaqlarda immun sistemini sabitləşdirməyə kömək edir və digər allergik xəstəliklərin inkişafını ləngidə bilər. Tədqiqatın rəhbəri doktor Çjibo Yanqın sözlərinə görə, əldə edilən nəticələr peyvəndlərin təhlükəsizliyini və xroniki iltihabi hallar müşahidə olunan uşaqlar üçün onların potensial faydasını təsdiqləyir. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv