Anar İlhamlı Zəfər Gününə mahnı həsr etdi – “Qayıdış marşı”

Anar İlhamlı Zəfər Gününə mahnı həsr etdi – “Qayıdış marşı”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cəbrayıl, #Heydər Əliyev, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

8 Noyabr – Zəfər Günü münasibətilə “Qayıdış marşı” adlı yeni musiqi əsəri ərsəyə gətirilib.

presstvaz xəbər verir ki, sözləri Elçin Mirzəbəyliyə, musiqisi Anar İlhamlıya (FHN Akademiyasının Hərbi Orkestrinin solisti və musiqi təlimatçısı, vokalçı-bəstəkar, gizir Anar İlham oğlu Məmmədbağırov) məxsus olan mahnıya klip çəkilib.

Bildirilib ki, aranjimanı Rövşən Yusifov tərəfindən edilmiş mahnıda Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasına da yer verilib.

Mahnının sözlərinin müəllifi, millət vəkili, Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib ki, həmin şeiri 2020-ci ildə Cəbrayılın azad edilməsi günü ərəfəsində çəkilmiş bir fotodan ilhamlanaraq yazıb.

Vətənpərvərlik musiqisinin ön sıralarında yer alan bəstəkar Anar İlhamlı daha əvvəl də bu mövzuda dəyərli əsərlər yaradıb. Bu sırada “Azərbaycan bayrağına”, “Zəfər döyüşü, “Vətən üçün doğulduq”, “Azərbaycan əsgəri – ən igid əsgər” kimi dəyərli sənət nümunələri ortaya qoyub. Bu mahnılar vasitəsilə o, qəhrəmanlıq ruhunu notlara köçürüb və ifa edib.

2023 cü ildə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə “Ulu öndər kimi bir tarixin var” adlı kompozisiyanın müəllifi olub.

Anar İlhamlının bəstələyərək ifa etdiyi son mahnısı olan “Qayıdış marşı”na çəkilmiş klipi təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv