“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #Ermənistan, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası təqdim edilib.

Xatirə kolleksiyası Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə ithaf olunub.

“Zəfər” limitli qızıl sikkə kolleksiyası Azərbaycan xalqının birlik və iradəsini, Vətən uğrunda döyüşən qəhrəman oğullarımızın şücaətini, eləcə də dövlətimizin ərazi bütövlüyünün bərpasını və müdrik siyasətin təntənəsini simvolizə edir.

Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsi Memorial Kompleksinin əsas komponenti olan Zəfər Tağı abidəsidir. Zəfər Tağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyi simvolik yolun təcəssümüdür. 44 ədəd sütun Vətən müharibəsinin 44 gününü, onun daşıdığı ağac azad edilmiş torpaqlarda bərpa olunan tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi simvolizə edir.​

Sikkə üzərində yer alan “8” təsviri, Prezident-Xalq-Ordu birliyi ilə tarixiləşən 8 Noyabr – Zəfər Gününü əks etdirir. Dövlət rəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduz ornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətini və əbədiliyini vurğulayır.

Qeyd edək ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin sayca 19-cu məhsuludur. Xatirə sikkəsi Azərbaycanda hasil edilən qızıldan limitli sayda, hər çeşid üzrə – 200 ədəd olmaqla 5,10, 20 qram və 1 unsiya çəkilərində istehsal edilib.

Qızıl sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

AzerGold Zəfər adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv