Vətən müharibəsində həkim: “Hətta ayağını itirmiş zabit belə ön cəbhəyə qayıtmağa can atırdı”

Vətən müharibəsində həkim: “Hətta ayağını itirmiş zabit belə ön cəbhəyə qayıtmağa can atırdı”






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Həkim, #Müharibə, #Quba, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin arxasında yalnız ön cəbhədə döyüşən əsgərlər deyil, həm də onların yanında həyatlarını riskə ataraq fədakarcasına çalışan tibb işçiləri dayanırdı.

Müharibənin ən qaynar nöqtələrində həkimlər və kiçik tibb personalı yaralıların həyatını xilas etmək üçün gecə-gündüz demədən mübarizə aparıblar.

Müharibənin həkim qəhrəmanları Baku TV-yə danışarkən, o günləri kövrək hisslərlə xatırlayıblar.

Travmatoloq-ortoped Fuad Əyyubovun sözlərinə görə, onlar döyüş bölgələrindən biri olan Qubadlıya qədər irəliləyiblər:

“Qubadlıya qədər yolumuz uzanıb. Yaralı əsgərin ayağına tikiş qoyurduq, həmin dəqiqə “ön xəttə nə vaxt gedə bilərəm, məni tez sağaldın, qayıdım oraya” deyirdi. Hətta ayağını itirmiş zabit belə “heç nə olmaz, bunun bir çarəsinə baxın, yenidən qayıtmalıyam, orada mənim yoldaşlarım var” deyirdi”.

Daha ətraflı videosüjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv