Okan Buruk “Qarabağı” təriflədi: “Qurbanovun uğuru təsadüf deyil”

Okan Buruk “Qarabağı” təriflədi: “Qurbanovun uğuru təsadüf deyil”






presstv

"Presstv"az #"Qarabağ", #Azərbaycan, #Bakı, #Qalatasaray, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk idman şərhçisi Ertem Şenerin “Adam Adama” verilişində çıxışı zamanı “Qarabağ”lı həmkarı Qurban Qurbanovu tərifləyib.

presstvaz xəbər verir ki, Buruk Azərbaycana salam göndərərək, Qurbanovun uğurlarının qətiyyən təsadüf olmadığını deyib.

“İlk növbədə, Azərbaycana sevgi və salamlarımı göndərirəm. Zəfər Gününü təbrik edirəm. Meydandan kənar uğurlar meydandakı qələbələr qədər vacibdir. Biz də azərbaycanlı qardaşlarımızla eyni hissləri bölüşürük. Qurban Qurbanov və “Qarabağ” komandası bunun bariz nümunəsidir.

İki il əvvəl Bakıda yoldaşlıq oyunu oynadıq və o zaman başa düşdüm ki, bu uğurlar təsadüfi deyil. Onlar “Benfika”ya qarşı çox yaxşı çıxış etdilər və “Çelsi” matçında da qalib gələ bilərdilər”, – deyə o bildirib.

“Qalatasaray”ın çalışdırıcısı Azərbaycan azarkeşlərinin onları səmimi qarşılamasını da unuda bilməyəcəyini deyib:

“İki il əvvəl Azərbaycana gedəndə saat 1:30-da hava limanına eniş etdik və inanılmaz izdiham var idi. Bəlkə də ilk dəfə idi ki, bizi belə qarşılayırdılar”, – deyə Okan Buruk xatırlayıb.

O, “Qarabağ”ın bir sıra oyunçularının Türkiyə liqasında oynama ehtimalı ilə bağlı danışıb:

“Onların hamısı çox dəyərli oyunçulardır. Amma oradakı uğurlarından məmnundurlar, ona görə də başqa komandaya keçmək istəmirlər. “Qalatasaray”da da vəziyyət eynidir. Gələnlər asanlıqla getmək istəmirlər, gedənlər isə həmişə xatırlayırlar”, – baş məşqçi qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv