Tragikomik hadisə: Oğru hadisə yerində yatıb qaldı

Tragikomik hadisə: Oğru hadisə yerində yatıb qaldı






presstv

"Presstv"az #Cinayət işi, #Hadisə, #Məhkum, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Blaqoveşensk şəhərində oğurluğa cəhd edən şəxs hadisə yerində yuxuya getdiyi üçün polis tərəfindən tutulub.

presstvaz xəbər verir ki, Amur vilayəti üzrə Daxili İşlər İdarəsinin məlumatına əsasən, növbətçi hissəyə şəhərin 56 yaşlı sakini zəng edərək evinə qayıdanda mənzilində tanımadığı bir şəxsi gördüyünü bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsi saxlayıblar. Məlum olub ki, bu, əvvəllər oğurluq və narkotik maddələrin dövriyyəsi ilə bağlı məhkum olunmuş 45 yaşlı yerli sakin imiş.

İstintaqın gedişatında müəyyən edilib ki, kişi gecə vaxtı ev sahibəsinin mənzildə olmadığını bilib pəncərədən içəri daxil olub. O, televizor və benzinlə işləyən mişarı oğurlamaq istəyib, lakin kifayət qədər vaxtı olduğunu düşünərək bir qədər dincəlmək qərarına gəlib. Nəticədə yuxuya gedib və ev sahibi evə qayıdanda onu bu vəziyyətdə tapıb.

Qadın dərhal polisə müraciət edib və oğru hadisə yerində saxlanılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluğa cəhd" maddəsi üzrə cinayət işi başlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv