Ən çox satılan maşınlar açıqlandı

Ən çox satılan maşınlar açıqlandı






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Hyundai, #Tesla, #Toyota, #Toyota Camry

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın ən populyar avtomobilləri açıqlanıb.

presstvaz xəbər verir ki, "Focus2move" portalı 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən dövr üçün dünyanın ən çox satılan avtomobillərinin siyahısını təqdim edib.

Reytinqin zirvəsində Toyota RAV4 yer alıb. Yapon istehsalçısının bu krossover modeli satışlarını 11,2 faiz artıraraq qlobal bazarın 2,5 faizini ələ keçirib.

İkinci yerdə Toyota Corolla, üçüncü pillədə isə elektrikli Tesla Model Y qərarlaşıb. Corolla-nın satışları 8,2 faiz, Tesla Model Y-nin isə 11,2 faiz azalıb.

İlk onluqda həmçinin Ford F-Series, Honda CR-V, Chevrolet Silverado, Toyota Camry, Hyundai Tucson, Toyota Hilux və Kia Sportage modelləri yer alıb.

Qeyd edək ki, bundan əvvəl Toyotanın ən etibarsız modelləri də açıqlanmışdı. Məlumata görə, GR Supra idman avtomobili son 20 ilin ən problemli Toyota modeli hesab olunur. Ən çox nasazlıq əyləc sistemində və təhlükəsizlik kəmərində müşahidə edilir. Yeni bZ4X modeli isə markanın ən aşağı etibarlı elektrik avtomobili adlandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv