Pendiri düzgün saxlama üsulu – Kifin qarşısını alın

Pendiri düzgün saxlama üsulu – Kifin qarşısını alın






presstv

"Presstv"az #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün şəraitdə saxlamaq vacibdir. Əks halda, pendir tez quruyur, dadını itirir və kif tutur.

presstvaz xəbər verir ki, mütəxəssislər pendirin soyuducuda 5-8°C temperaturda saxlanmasını tövsiyə edir. Pendiri orijinal qablaşdırmasından çıxardıqdan sonra onu yağlı kağıza və ya mumlu parçaya bükmək daha məqsədəuyğundur. Bu üsul pendirin nəfəs almasına imkan yaradır və nəmin çoxalmasının qarşısını alır.

Pendiri plastik torbada saxlamaq isə tövsiyə edilmir, çünki hava dövranı məhdudlaşır və bu, kifin yaranmasına səbəb ola bilər.

Əgər pendirin səthində az miqdarda kif yaranıbsa, onu nazik təbəqə şəklində kəsib atmaq kifayətdir. Dərinliklərinə işləyibsə, məhsulu istehlak etmək təhlükəlidir.

Beləliklə, pendiri düzgün şəraitdə saxlamaq həm dadını, həm də sağlamlığınızı qorumağın ən vacib şərtidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv