Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir






presstv

"Presstv"az #Audi, #Əlahiddə Ümumqoşun Ordu, #Heydər Əliyev, #Şuşa, #Xankəndi şəhəri, #Zəfər parkı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Laçın şəhərində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, Laçının Bayraq meydanından başlayan yürüş şəhərin mərkəzi prospekti boyunca müəyyən olunan marşrut üzrə davam edərək başladığı yerdə başa çatıb.

Əsgərlərin nizami yürüşü şəhər sakinlərinin alqışları ilə müşayiət olunub.

10:39

Şuşada 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilir.

presstvaz “Report”a istinadən xəbər verir ki, şəhərin Bayraq Meydanından başlayan yürüş Qala divarlarına qədər davam edəcək.

Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edirlər.

10:26

Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü başlayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüş Zəfər Parkında başa çatacaq.

10:21

Sumqayıt və Xankəndi şəhərində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbçilərin yürüşü keçirilir.

presstvaz “Report”a istinadla verir ki, hərbçilərin yürüşü Sumqayıt şəhərinin Dənizkənarı Bulvar ərazisindən, Xankəndidə isə şəhərin mərkəzi meydanından başlayıb.

Yürüşü izləmək üçün küçələrə toplaşan şəhər sakinləri hərbçiləri salamlayaraq, Zəfər münasibətilə şüarlar səsləndirirlər.

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv