Yaşar Güler: “Türkiyə və Azərbaycan arasındakı həmrəylik regional sabitliyin ən önəmli təminatıdır”

Yaşar Güler: “Türkiyə və Azərbaycan arasındakı həmrəylik regional sabitliyin ən önəmli təminatıdır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Müharibə, #Türkiyə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgərləri Qarabağı işğaldan azad etməklə, uzun illərdir davam edən zülmə son qoymaqla göstərdikləri cəsarət, əzm və qətiyyət türk tarixinin qızıl səhifələrinə həkk olunub”.

presstvaz savunmasanayi.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edərkən deyib.

“Biz də Türkiyə olaraq bu müqəddəs zəfərlə qürurlandıq və qürurlanırıq. Vətən müharibəsi günlərində “İki dövlət, bir millət” anlayışını növbəti dəfə bütün aşkarlığı ilə yaşadıq. Çünki Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, – deyə o vurğulayıb.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin liderlikləri sayəsində iki ölkə arasında əlaqələr tarixin ən güclü dövrlərindən birini yaşayır:

“Başda müdafiə və təhlükəsizlik olmaqla bütün sahələrdə örnək əməkdaşlığımız var. Türkiyə və Azərbaycan arasındakı güclü həmrəylik regional sabitliyin ən önəmli təminatıdır. Türkiyə həmişə Azərbaycanın haqlı mübarizəsində, təhlükəsizliyində və rifahında onun yanında olmağa davam edəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv