Bəzi məhkəmə sədrlərinin hakimlik səlahiyyətlərinə XİTAM VERİLDİ

Bəzi məhkəmə sədrlərinin hakimlik səlahiyyətlərinə XİTAM VERİLDİ






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Azərbaycan, #Hakim, #Naxçıvan Muxtar Respublikası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin noyabrın 5-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

presstvaz xəbər verir ki, bu barədə şura məlumat yayıb.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda “İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi Qaydaları” layihəsi və “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.

Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarına baxılıb.

İclasda bəzi birinci və apellyasiya instansiya məhkəmələrinin, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi və onların səmərəli fəaliyyətinə görə Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilmələri barədə qərarlar qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv