Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub

Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Ermənistan, #İlham Əliyev, #Müharibə, #Münaqişə, #Pakistan, #Təbrik, #Vətən müharibəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

presstvaz xəbər verir  ki, bu barədə   Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib

Pakistanın prezidenti vəzifəsini icra edən, Senatın sədri Seyid Yusuf Rza Gilaninin iştirakı ilə baş tutan qəbulda federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksəkrütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin əvvəlində ilk öncə 44 günlük Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan himnləri səsləndirilib.

Səfir Xəzər Fərhadov, 5-ci ildönümü qeyd olunan Zəfər Günü haqqında iştirakçılara müfəssəl məlumat verib. Diplomat qeyd edib ki, Ermənistan tərərfindən işğal olunmuş torpaqlarımız 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan ordusu tərəfindən azad edildi və Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub. Səfir bildirib ki, həmin tarixə qədər Azərbaycan keçmiş münaqişəni dinc yolla həll etməyə çalışsa da, Ermənistanın işğalçı siyasəti, ardı kəsilməz təxribatları və hərbi təcavüzü münaqişənin hərbi yolla həllini qaçılmaz edib.

Daha sonra Pakistanın Seyid Yusuf Rza Gilaninin çıxış edib. O, Azərbaycan hökuməti və xalqını Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbrik edib. Gilani qeyd edib ki, İkinci Qarabağ Müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin reallaşması ilə nəticələnib. Məruzəçi, həmçinin Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini daim dəstəklədiyini ifadə edib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv