Bolqarıstanda “LUKOIL”in aktivlərinin satışı şərtlərinə dair qanun layihəsinə veto qoyuldu

Bolqarıstanda “LUKOIL”in aktivlərinin satışı şərtlərinə dair qanun layihəsinə veto qoyuldu






presstv

"Presstv"az #Audi, #Bolqarıstan, #Lukoil, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bolqarıstan Prezidenti Rumen Radev Rusiyanın “LUKOIL” şirkətinin aktivlərinin ölkədəki mümkün satışının şərtləri ilə bağlı investisiyalar haqqında qanun layihəsinə veto qoyub. Layihə oktyabrın 24-də parlamentdə qəbul edilib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı Bolqarıstan prezidentinin mətbuat xidməti yayıb.

Dövlət başçısı bu cür sövdələşmələrin mütləq qaydada Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin nəzarəti altında aparılması, qurumun aktivlərin satışının mümkünlüyünə yazılı rəy verməli olması barədə müddəa ilə razılaşmayıb.

“Qəbul edilmiş qanun hökuməti Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyindən funksional və operativ asılılığa salır ki, bu da konstitusiya baxımından yolverilməzdir”, – deyə prezident qanunu yenidən müzakirə olunması üçün parlamentə qaytararkən bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv