Bakıda sərnişin avtobusunun salonuna su damıb

Bakıda sərnişin avtobusunun salonuna su damıb






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lökbatan qəsəbəsindən metronun “28 May” stansiyası istiqamətində hərəkət edən “BakuBus”a məxsus 125 saylı marşrut avtobusunun salonuna su damıb. Sərnişinlər avtobusdan su damması ilə bağlı görüntüləri çəkərək şikayətləniblər.

“BakuBus” MMC-dən presstvaz-ın sorğusuna cavabda bildirilib ki, bu gün qurumun istismarında olan 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb:

“Sürücü nasazlıq barədə monitorinq mərkəzinə məlumat verib. Məlumat əsasında monitorinq mərkəzi tərəfindən texniki servis əməkdaşları “28 May” nəqliyyat mübadilə mərkəzinə göndərilib və nasazlıq dərhal aradan qaldırılıb. Avtobusun fəaliyyəti qısa müddət ərzində bərpa olunub.

Baş vermiş müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv