Zohran Mamdani Nyu-Yorkun ilk müsəlman meri olacaq

Zohran Mamdani Nyu-Yorkun ilk müsəlman meri olacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtobus, #Dollar, #Ev kirayəsi, #Livan, #Minimum əməkhaqqı, #Nyu-York, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Demokratlar Partiyasından namizəd Zohran Mamdani 2026-cı il yanvarın 1-dən Nyu-Yorkun yeni meri olacağını bəyan edib.

presstvaz xəbər verir ki, o, bunu tərəfdarları qarşısında çıxışında bildirib.

“Yanvarın 1-də mən Nyu-York meri kimi and içəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, 34 yaşlı Zohran Mamdani son yüz il ərzində Nyu-York şəhərinə rəhbərlik edən ən gənc mer kimi tarixə düşəcək. O, eyni zamanda, şəhərin ilk müsəlman meri olacaq.

Mamdani öz çıxışında Nyu-Yorku fəhlə sinfinin yaşayışı üçün əlverişli məkana çevirəcəyini vəd edib.

Səslərin hesablanması hələ də davam edir, lakin ABŞ-nin böyük kütləvi informasiya vasitələri, o cümlədən “FOX News”, “NBC News” telekanalları, “Associated Press” agentliyi, “The Wall Street Journal” və “The New York Times” nəşrləri Mamdaninin qələbəsini proqnozlaşdırırlar. O, müstəqil namizəd Endryu Kuomonu və respublikaçı Körtis Slivanı geridə qoyub.

Mamdani seçki kampaniyası zamanı ev kirayəsi qiymətlərinin artmasının qarşısını alacağını, avtobuslarda pulsuz gedişi təmin edəcəyini, şəhərdə ucuz qiymətlərlə ərzaq mağazaları şəbəkəsi yaradacağını, 2030-cu ilə qədər saatlıq minimum əməkhaqqını indiki 16.5 dollardan 30 dollara qədər artıracağını vəd edib. O özünün sosial təşəbbüslərini maliyyələşdirmək üçün əmlak vergisini artırmağı, həmçinin Nyu-Yorkun özəl universitetləri üçün əmlak vergisi tətbiq etməyi nəzərdə tutur ki, sonradan həmin vəsaiti dövlət ali təhsil sistemində pulsuz təhsilin maliyyələşdirilməsinə yönəltsin.

Hazırda Nyu-Yorkun meri Erik Adamsdır. O, əvvəlcə seçkidə müstəqil namizəd kimi iştirak etmək istəyirdi, lakin sentyabrda seçki yarışından çıxdığını elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv