DGK sədri: Elektomobillər ƏDV-yə cəlb ediləcək

DGK sədri: Elektomobillər ƏDV-yə cəlb ediləcək






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #İqtisadi siyasət, #Milli Məclis, #Şahin Bağırov, #sənaye və sahibkarlıq komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

Şahin Bağırov bildirib ki, gömrük xətti ilə daxilolmalar adətən idxal əməliyyatlar ilə başa gəlir: "İdxal zamanı gömrük tarifləri tətbiq edilir. Bizim büdcə daxilolmaları əsasən ƏDV-dən formalaşır. Elektomobillər ƏDV-yə cəlb ediləcək. Bu güzəşt ləğv edilsə də, 5 ildən artıq müddətdir ki, tətbiq edilirdi. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək". (Operativ Media)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv