Çoxları gündəlik bəh-bəhlə içir – Korluğa səbəb olurmuş

Çoxları gündəlik bəh-bəhlə içir – Korluğa səbəb olurmuş






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Çin, #Finlandiya, #İngiltərə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinli alimlərin apardığı yeni araşdırma hazır qəhvənin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini üzə çıxarıb.

presstvaz xəbər verir ki, Çinin Hubei Universitetində çalışan tədqiqatçılar İngiltərə və Finlandiyada yaşayan yarım milyondan çox insanın sağlamlıq məlumatlarını təhlil edərək diqqətçəkən nəticələr əldə ediblər.

Onlar iştirakçıların genlərini, qəhvə içmə vərdişlərini və ümumi sağlamlıq vəziyyətlərini araşdırıblar.

Nəticələrə əsasən, qranul (hazır) qəhvə içən insanlarda yaşla bağlı makula degenerasiyası, yəni "sarı ləkə" xəstəliyinin yaranma ehtimalı daha yüksəkdir. Bu xəstəlik insanın mərkəzi görmə qabiliyyətini tədricən zəiflədir və nəticədə oxumaq, avtomobil idarə etmək kimi gündəlik fəaliyyətləri çətinləşdirir. Müalicə olunmadığı halda isə korluğa səbəb ola bilər.

Alimlər bildiriblər ki, bu xəstəliyin "quru" və "yaş" tip olmaqla iki növü var. Bəzi genlər xəstəliyə meyilliliyi artırır. Araşdırmaya görə, bu genlərə sahib insanların gündə iki fincan hazır qəhvə içməsi riski yüksəldir, dörd fincan içilməsi isə xəstəliyin yaranma ehtimalını yeddi dəfə artırır.

"Food Science" and "Nutrition" jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, hazır qəhvə ilə "quru sarı ləkə" arasında əhəmiyyətli əlaqə mövcuddur. Digər qəhvə növləri və ya "yaş sarı ləkə" tipi ilə belə bir əlaqə aşkar edilməyib.

Tədqiqatçılar hazır qəhvənin azaldılmasının bu xəstəliyin qarşısını ala biləcəyini bildiriblər və "risk qrupunda olan insanların hazır qəhvə içməməsi tövsiyə olunur" deyə xəbərdarlıq ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv