Ronaldu karyerası, şəxsi həyatı, sərvəti, avtomobilləri və “Mançester Yunayted” barədə danışdı

Ronaldu karyerası, şəxsi həyatı, sərvəti, avtomobilləri və “Mançester Yunayted” barədə danışdı






presstv

"Presstv"az #"Mançester Yunayted", #Ailə, #Audi, #Avto, #Dollar, #Futbol, #İngiltərə, #Kriştianu Ronaldu, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beşqat “Qızıl top” mükafatı qalibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu tezliklə təqaüdə çıxacağını etiraf edib.

presstvaz xəbər verir ki, o bu barədə jurnalist Pirs Morqana verdiyi müsahibədə deyib.

“Nə vaxt təqaüdə çıxacağım barədə bir fikrim varmı? Tezliklə. Amma düşünürəm ki, buna hazırlaşacağam. Çətin olacaq, bəli, bəlkə də ağlayacağam, bu normaldır. Bundan utanmıram. Mən açıq insanam”, – deyə Ronaldu bildirib.

“Düşünürəm ki, bu təzyiqə dözə bilərəm. Mənim üçün futbolu əvəz edə biləcək bir şey varmı? Xeyr. Amma özüm, ailəm və uşaqlarım üçün daha çox vaxtım olacaq”, – deyə futbolçu əlavə edib.

Ronaldunun sözlərinə görə o bu yay dünya çempionatını qazanmağı və daha sonra sevgilisi ilə evlənməyi planlaşdırır.

“Ən-Nəsr”in hücumçusu neçə avtomobilə sahib olduğunu dəqiq bilmədiyini də söyləyib. 40 yaşlı futbolçu həmçinin həyatının ən bahalı alış-verişini açıqlayıb.

“Neçə avtomobilim olduğunu dəqiq bilmirəm. Düşünürəm ki, 41-dir. Amma dəqiq bilmirəm. “Bugatti”ləri sevirəm. Onlar vəhşidirlər. Amma mən onları sürmürəm, sadəcə təmiz və yaxşı vəziyyətdə olduqlarından əmin oluram. İndiyə qədər etdiyim ən bahalı alış-veriş təyyarə olub”, – deyə Ronaldu müsahibədə bildirib.

“Mançester Yunayted”in keçmiş hücumçusu komandanın hazırkı vəziyyətindən də danışıb. O, “qırmızı şeytanlar”ın bu mövsüm İngiltərə çempionluğunu qazana bilməyəcəyini deyib.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada qalib gələ bilməyəcək. Onlar çox xal itiriblər və geridə qalırlar. “Mançester Yunayted”in çoxlu yaxşı oyunçusu var, amma onlar “Mançester Yunayted”in nə olduğunu bilmirlər”, – deyə Kriş qeyd edib.

Ronaldu ilk milyarder futbolçu olmasından da danışıb.

“Bu, “Qızıl top”u qazanmaq kimi idi. Bu rəqəmə çatmaq həmişə mənim məqsədim olub. Milyarder olmaq əsas məqsədlərimdən biri idi. Mən futbolda yeganə milyarderəm. Məni təkəbbürlü adlandıra bilərsiniz, amma rəqəmlər yalan danışmır”, – deyə Ronaldu bildirib.

Xatırladaq ki, oktyabr ayında “Bloomberg” Kriştianu Ronaldonu milyarder olan ilk futbolçu elan edib və onun sərvətini 1,4 milyard dollar qiymətləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv