Sədr: “Erkən evlilik” ifadəsi artıq tam şəkildə leksikonumuzdan çıxmalıdır”

Sədr: “Erkən evlilik” ifadəsi artıq tam şəkildə leksikonumuzdan çıxmalıdır”






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bahar Muradova, #Hadisə, #Jurnalistlər, #Mətbuat konfransı, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Erkən evlilik” ifadəsi artıq tam şəkildə leksikonumuzdan çıxmalıdır”.

presstvaz xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında deyib.

O bildirib ki, “erkən evlilik” deyilən anlayış əslində uşaq evliliyidir və bu, heç vaxt qəbul oluna bilməz:

“Bu istiqamətdə edilən qanunvericilik dəyişiklikləri ilə bütün istisnalar aradan qaldırılıb. Artıq yalnız qanunla müəyyən olunmuş yaşdan sonra bağlanan nikah rəsmi hesab edilə bilər. Bu yaş həddindən aşağı olan hallarda isə söhbət yalnız uşaq evliliyindən gedir və bu, qanun pozuntusu kimi qiymətləndirilir”.

Onun sözlərinə görə, uşaq evliliklərinin qarşısının alınması üçün edilən dəyişikliklər kifayət qədər ciddi hüquqi əsaslar və məsuliyyət mexanizmləri yaradır:

“Təbii ki, bu sahədə qanunvericilik aktlarının tətbiqi zamanı müəyyən çətinliklər və sui-istifadə halları da ola bilər. Amma ən vacibi odur ki, artıq hüquqi baza formalaşıb və bu baza insan hüquqlarının müdafiəsini təmin edir.

Əgər hər hansı şəxs belə bir hərəkətə yol verirsə, yəni yetkinlik yaşına çatmayan birini nikaha cəlb etməyə cəhd göstərirsə, bu, cinayət məsuliyyəti yaradır. İnsan həyatı və gələcəyi ilə bağlı qərar vermək heç kimin ixtiyarında olmamalıdır.

Təəssüf ki, bəzən bu kimi hallar hələ də baş verir. Siz də mediada tez-tez belə məlumatlara rast gəlirsiniz. Biz bu faktlarla bağlı müvafiq qurumlarla birgə monitorinqlər aparırıq və hər bir hadisəyə hüquqi qiymət verilir.

Amma mən düşünürəm ki, cəmiyyətdə artıq bu məsələyə münasibətdə ciddi şüur dəyişikliyi yaranıb. Əvvəllər bu mövzuda təşəbbüslər daha çox mərkəzdən, yəni dövlət orqanlarından gəlirdisə, indi təşəbbüslər aşağıdan – cəmiyyətin özündən gəlir.

Bu, çox sevindirici haldır. İnsanlar artıq özləri belə mərasimlərin keçirilməsinə, bu cür halların baş verməsinə qarşı çıxırlar, məlumat verirlər və bu hadisələri ictimailəşdirirlər.

Cəmiyyətin bu fəal mövqeyi bizi çox sevindirir. Bu o deməkdir ki, artıq insanlar öz hüquqlarını, xüsusilə uşaqların və qadınların hüquqlarını müdafiə etməkdə daha həssas yanaşırlar.

Əminəm ki, bu işdə medianın, xüsusilə də məsuliyyətli jurnalistlərin rolu böyükdür. Onlar maarifləndirmə ilə məşğul olduqca, cəmiyyətin bu məsələlərə münasibəti daha da formalaşacaq. Əks halda, bu mövzu yalnız formal səviyyədə qalacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv