Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: “Sanki ermənilərin başına daş yağdı”

Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: “Sanki ermənilərin başına daş yağdı”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Fransa, #Heydər Əliyev, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Heydər Əliyevin prezident kimi ilk rəsmi səfərini Fransaya etməsi inqilabi addım idi”.

presstvaz xəbər verir ki, bunu İTV-nin efirində yayımlanan “Təmas xətti” verilişində Azərbaycanın ilk baş naziri Həsən Həsənov deyib.

O UNESCO-ya dəvət olunmasından danışıb:

“Azərbaycanın UNESCO-ya üzv olunması üçün mən rəsmi iştirak etməli idim. Heydər Əliyevə dedim, cavab verdi ki, səfirlə məsləhətləş, gör, sənin getməyinin xeyri nə olacaq? Səfir dedi ki, siz nazir olaraq getsəniz, Fransanın o zamankı prezidenti Fransua Mitteran sizi qəbul edər. Həqiqətən də Mitteran məni qəbul etdi və Heydər Əliyevi qiyabi çox yaxşı tanıdığını dedi. Ondan nə istədiyimizi soruşanda, Heydər Əliyevin onu Azərbaycana dəvət etdiyini dedim. Gələ bilməyəcəyini desə də, özü Heydər Əliyevi dəvət edə biləcəyini bildirdi. Yəni mənə lazım olan cümləni belə səsləndirdi. Məktub yazıldı, imzalandı və mənə şəxsən özü təhvil verdi. Bakıya qayıdanda bu görüşün bəyanatını verəndə, sanki ermənilərin başına dağ yağdı. Çünki onlar Heydər Əliyevin heç kimlə kontakt qurmasını istəmirdilər. Əksinə, onların bel bağladığı əsas ölkə Fransa özü bu yolu açdı”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv