Kim sizə zəng edib belə desə 102-yə yığın! – XƏBƏRDARLIQ

Kim sizə zəng edib belə desə 102-yə yığın! – XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Daxili İşlər Nazirliyi (DİN), #Kiberdələduzluq, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluq hallarının artması ilə bağlı vətəndaşlara növbəti dəfə ciddi xəbərdarlıq edib.

presstvaz xəbər verir ki, nazirliyin məlumatında bildirilir ki, texnologiyanın inkişafı ilə dələduzlar da üsullarını dəyişir və daha inandırıcı mesajlarla insanları aldatmağa çalışırlar.

Heç bir halda kart məlumatlarınızı – PIN, CVV, parol, SMS kod və digər şəxsi məlumatları – tanımadığınız şəxslərlə paylaşmayın.

DİN-in xəbərdarlığında xüsusi vurğulanır ki, bank əməkdaşları və ya rəsmi təşkilatlar vətəndaşlardan bu məlumatları heç vaxt istəmir.

Son günlər dələduzlar tez-tez "Bankdandır, kodu təcili verin", "endirim üçün linkə daxil olun", "hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin", "kartınız bloklanacaq, təsdiq üçün linkə keçin" kimi ifadələrlə insanları tələyə salır.

Bu cür mesajların məqsədi şəxsi məlumatları və hesabdakı vəsaiti ələ keçirməkdir.

DİN vətəndaşlardan xahiş edir ki, bu tip hallarla qarşılaşdıqda bankla və ya "102" Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlasınlar.

Bir mesajla aldanmaq, bir kliklə bütün vəsaitinizi itirmək mümkündür. Şübhəli keçidlərə daxil olmayın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmayın.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv