Tramp: “Nüvə dövlətləri yeraltı sınaqlar keçirir”

Tramp: “Nüvə dövlətləri yeraltı sınaqlar keçirir”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Donald Tramp, #Rusiya, #Şimali Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp nüvə dövlətlərinin yerin dərinliklərində sınaqlar keçirdiyini iddia edib.

presstvaz xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, bu partlayışlar yerin səthində yalnız zəif titrəyiş kimi hiss olunur.

“Onlar insanların nə baş verdiyini bilməməsi üçün yerin dərinliklərində sınaqlar keçirirlər. Yalnız kiçik bir titrəyiş hiss olunur”, – ABŞ lideri izah edib.

Prezident həmçinin qeyd edib ki, ABŞ öz nüvə sınaqlarını davam etdirəcək.

“Siz nüvə silahı düzəldir, sonra onu sınaqdan keçirmirsinizsə, onun işlədiyini necə biləcəksiniz?”, – deyə Tramp soruşub.

Konkret sübutlar gətirməsə də, Tramp əmindir ki, belə sınaqları Rusiya, Çin və Şimali Koreya keçirir. Bununla yanaşı o, vurğulayıb ki, ən yaxşı nüvə silahı məhz ABŞ-dədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv