İflic olmamışdan bir neçə gün əvvəl bu 3 əlamət ortaya çıxır

İflic olmamışdan bir neçə gün əvvəl bu 3 əlamət ortaya çıxır






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynin müəyyən hissəsinə qan axınının qəfil dayanması və ya azalması nəticəsində yaranan iflic əsl hadisə baş vermədən bir neçə gün əvvəl özünü müəyyən əlamətlərlə büruzə verə bilər.

presstvaz xəbər verir ki, ketogen pəhrizi və aralıqlı oruc barədə araşdırmaları ilə tanınan Dr. Erik Berq, paylaşdığı videoda iflicdən günlər öncə görünə bilən 3 gizli xəbərdarlıq siqnalına diqqət çəkib. 

Şiddətli və qəfil baş ağrısı

Birdən başlayan güclü baş ağrısına ürəkbulanma da qoşulursa, bu, beyində təzyiqin artması ilə bağlı ola bilər. Stress, kortizol yüksəlişi və ya qan şəkərinin qeyri-sabitliyi bu vəziyyəti tezləşdirə bilər.

Keçməyən hıçqırıq

Səbəbi bilinməyən və uzun sürən hıçqırıq, bədəndəki sinir sisteminin disbalansından qaynaqlanaraq iflicdən əvvəl xəbərdarlıq siqnalı ola bilər.

Sinədə ağrı

Ürək ağrısı kimi hiss olunan, lakin damar tıxanıqlığı səbəbindən yaranan sinə ağrısı, qan laxtalanmasının inkişaf etdiyini göstərə bilər. Bu halda ürəyə oksigen çatmır, bu isə həm infarkt, həm də iflic riskini artırır.

Dr. Berg xüsusilə şəkər və nişasta tərkibli qidaların risk yaratdığını bildirərək, bu məhsullardan uzaq durmağı tövsiyə edir.

İflic zamanı görülən əsas əlamətlər (NHS-in məlumatına görə):

Üzün sallanması: Üzün bir tərəfi aşağı düşə bilər, gülümsəmək çətinləşir.

Qolda gücsüzlük: Hər iki qol qaldırıldıqda birində nəzarət itməsi müşahidə olunur.

Danışıqda pozulma: Sözlər anlaşılmaz olur, cümlə qurmaq çətinləşir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv