Şirniyyatdan imtina edəndə görün bədəndə nələr baş verir – Açıqlama

Şirniyyatdan imtina edəndə görün bədəndə nələr baş verir – Açıqlama






presstv

"Presstv"az #Arıqlama, #arıqlamaq, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Şəkərdən imtina bədəni daha enerjili edir".

presstvaz xəbər verir ki, şəkərdən uzaq durmaq sağlamlığa mühüm təsir göstərir və ümumi vəziyyəti xeyli yaxşılaşdırır.

Rusiyalı dietoloq Yelena Ustinova açıqlamasında bildirib ki, şəkəri həyatından çıxaran insan özünü daha enerjili, yuxusu daha rahat və əhvalı sabit hiss edir.

Ustinovanın sözlərinə görə, söhbət yalnız ağ şəkərdən yox, sadə karbohidratlar qlükoza, fruktoza və saxarozadan da gedir.

"Orqanizm bu maddələri qəbul etməyi dayandıranda, enerji mənbəyi kimi mürəkkəb karbohidratlara keçir. Bu cür enerji daha yavaş sərf olunur, uzunmüddətli toxluq hissi yaradır və gün ərzində güc səviyyəsini sabit saxlayır," – deyə dietoloq izah edib.

Mürəkkəb karbohidratlara taxıllar, makaron məmulatları, çörək və tam dənli məhsullar daxildir.

Mütəxəssis əlavə edib ki, şəkərdən imtina qan şəkəri və insulin səviyyəsini normallaşdırır, nəticədə əhval dəyişiklikləri azalır, zehni fəaliyyət yaxşılaşır. Həmçinin artıq maye bədəndən xaric olur, şişkinlik və ağırlıq hissi azalır.

"Əgər şəkərsiz qidalanma kalori çatışmazlığı ilə müşayiət olunarsa, insan tədricən çəki itirməyə başlayır. Bu da əlavə üstünlüklər yaradır özünü yaxşı hiss etmə, tonusun artması və ümumi məhsuldarlığın yüksəlməsi," – deyə Ustinova vurğulayıb.

Şəkərin azaldılması təkcə arıqlamaq üçün deyil, həm də orqanizmin enerji balansını bərpa etmək və ümumi sağlamlığı qorumaq baxımından vacib addımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv