Premyer Liqa: “Turan Tovuz” “Şamaxı” ilə, “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə

Premyer Liqa: “Turan Tovuz” “Şamaxı” ilə, “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Hakim, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında bu gün X turun daha iki oyunu keçiriləcək.

presstvaz xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 18 xalla üçüncü, Şamaxı klubu 10 xalla doqquzuncu sıradadır.

Günün ikinci görüşündə “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi 14 xalla yeddinci, Naxçıvan komandası 16 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası

I dövrə, X tur

2 noyabr

16:00. “Turan Tovuz” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, tura noyabrın 3-də “Sabah” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1) məğlub edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv