Mask çip vurulan insanlara fövqəladə qabiliyyətlər vəd etdi

Mask çip vurulan insanlara fövqəladə qabiliyyətlər vəd etdi






presstv

"Presstv"az #Audi, #İlon Mask, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tesla” və “SpaceX”in rəhbəri, amerikalı milyarder İlon Mask özünün “Neuralink” şirkətinin çipindən istifadə edənlərin təkmilləşdirmələr əldə edə biləcəyini bildirib.

presstvaz-ın məlumatına görə, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Qeyd edək ki, Maskın şirkəti tərəfindən çipləşdirilmiş ilk xəstə, amerikalı Nolan Arbo olub. Sahibkar etiraf edib ki, implant qoyulan insanlar imkanlarını genişləndirmək üçün çiplərini yeniləyə biləcəklər. Maskın sözlərinə görə, Arbo təkmilləşdirmə əldə edən ilk insan ola bilər.

Mask, həmçinin vəd edib ki, “Neuralink” istifadəçiləri adi deyil, ikili implantlar əldə edə biləcəklər. Bildirilir ki, bunlar çipləşdirilmiş insanın qabiliyyətlərini əhəmiyyətli dərəcədə artırır. O, gələcəkdə implant sahiblərinin müəyyən fövqəladə qabiliyyətlərə malik olacaqlarına işarə edib.

“Neuralink”in sahibi nümunə olaraq çipin istifadəçinin reaksiyasını artırdığı vəziyyəti göstərib. Mask qeyd edib ki, implant daşıyıcısı son nəticədə uğurun reaksiyadan asılı olduğu üçün videooyunlarda əksər geymerləri məğlub edə biləcək.

Xatırladaq ki, oktyabrın əvvəlində “Neuralink”in prezidenti Doncin Seo bildirib ki, təxminən 10 min insan implant almaq istəyib. Hazırda şirkət 12 xəstəyə çip quraşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv