Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub






presstv

"Presstv"az #Adil Kərimli, #Alyona Əliyeva, #Arzu Əliyeva, #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva, #Mehriban Əliyeva, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu ƏliyevaAlyona Əliyeva tədbirdə iştirak ediblər.

Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərlə yanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır. Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. O cümlədən “Carlovy” violonçel və skripkaları, Avropanın akustik piano və royalların istehsalı sahəsində başlıca firması olan “Petrof” royalları, “Yamaha” pianoları bu musiqi alətləri sırasındadır.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihənin paytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafına dəstək baxımından əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gənc istedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib.

Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv