Ev işlərini görən və yemək bişirən robot hazırlandı – FOTO

Ev işlərini görən və yemək bişirən robot hazırlandı – FOTO






presstv

"Presstv"az #Dollar, #Süni intellekt, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı şirkət gündəlik işləri görən humanoid robot təqdim edib.

presstvaz xəbər verir ki, 1X şirkəti tərəfindən hazırlanmış humanoid robot NEO artıq sifariş üçün əlçatandır. Robot gündəlik ev işlərinə kömək etmək məqsədilə nəzərdə tutulub. O, qab yumaq, ev tozunu almaq və digər ev işlərini bacarır.

NEO-nun əvvəlcədən sifariş qiyməti 20 000 dollar təşkil edir, aylıq abunəliklə istifadə etmək istəyənlər üçün isə qiymət 499 dollardır.

"YouTube"da yayımlanan videoda robotun zibil çıxarmaq, bitkiləri sulamaq və hətta rəqs etmək qabiliyyətləri nümayiş etdirilib.

1X şirkətinin məhsul və dizayn üzrə vitse-prezidenti Dar Sleeper bildirib ki, NEO "evdə həyatınızı dəyişdirmək üçün hazırlanmış humanoid yoldaşdır. Robot süni intellekt və qabaqcıl texnologiyanı birləşdirərək gündəlik işlərdə kömək edir və həyatınıza ağıllı həllər gətirir."

Robotun texniki xüsusiyyətlərinə görə, NEO səssiz və yüngül "tendon-driven actuators" sisteminə malikdir, 3D Lattice Polymer materialından hazırlanıb, çəkisi 30 kiloqram, boyu isə 167 sm-dir. NEO Nvidia texnologiyası ilə işləyir, batareya ömrü dörd saatdır, 25 kiloqram yük daşıya bilir və 70 kiloqram qaldıra bilir. Robot həmçinin dörd mikrofon, üç dinamik və balıq gözü kameralarla təchiz olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv