Naxçıvanda hasarın uçması nəticəsində gənc oğlan həyatını itirdi

Naxçıvanda hasarın uçması nəticəsində gənc oğlan həyatını itirdi






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #Babək rayonu, #Hadisə, #Naxçıvan Muxtar Respublikası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində bir nəfər dağıntı altında qalıb.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Qurban Cəfər oğlu Vəliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

13:37

Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.

presstvaz “Report”a istinadla xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.

Məlumata görə, çoxtonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub.

Nəticədə bir nəfər uçqun altında qalaraq ölüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv