Bakıda lüks yaşayış kompleksi “Avenue 8″in satış mərkəzinin rəsmi açılış mərasimi keçirilib

Bakıda lüks yaşayış kompleksi “Avenue 8″in satış mərkəzinin rəsmi açılış mərasimi keçirilib






presstv

"Presstv"az #Audi, #Bakı, #Gürcüstan, #Özbəkistan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının premium yaşayış seqmentinə daxil olan “Avenue 8” layihəsinin satış mərkəzi öz qapılarını rəsmi olaraq ziyarətçilərə açıb. Layihə “Avant Group” və “Moonwake Investment” tərəfindən reallaşdırılıb, rəsmi maliyyə tərəfdaşı isə “PASHA Bank”dır.

Tədbir çərçivəsində qonaqlara ilk dəfə olaraq kompleksin iki qüllədən ibarət memarlıq maketi təqdim olunub: 27 və 30 mərtəbədən ibarət qüllələr landşaft terraslı “stilobat” üzərində birləşərək, sakinlərə geniş və funksional yaşam məkanına sahibdir. “Avenue 8″in memarlıq konsepsiyası yaşayış layihələri üçün nadir olan xüsusiyyətlərlə seçilir: panoramalı şüşə fasad, 4.5 metr hündürlüklü tavanlar və 31-ci mərtəbədə Xəzərə açılan ikonik “Infinity Sky Pool”.

Layihədə “azad planlaşdırma” formatı tətbiq olunur ki, bu da gələcək rezidentlərə həyat üslublarına uyğun fərdi interyer həlləri yaratmaq imkanı verir. İkimərtəbəli geniş yeraltı dayanacaq şəhər mərkəzində parkinq problemini tamamilə aradan qaldırır, qapalı daxili həyət isə yalnız sakinlər üçün nəzərdə tutulmuş yaşıl və özəl məkan yaradır.

Kompleksin rezidentləri geniş infrastruktur imkanlarından yararlana biləcəklər: fitnes və SPA zonası, 11×24 m ölçülü qapalı hovuz, uşaq klubu və oyun otaqları, “co-working” və görüş otaqları, restoranlar, servis sahələri, yoqa bağı və “padel” kortu. Komfort üçün 24/7 konsyerj xidməti, müasir təhlükəsizlik sistemləri və “ağıllı ev” texnologiyası nəzərdə tutulub.

Açılışda biznes tərəfdaşları, tanınmış bloqerlər və yerli qonaqlar iştirak ediblər ki, bu da layihənin statusunu və eksklüzivliyini bir daha vurğulayıb.

Kompleksin yerləşdiyi məkan Bakının ən prestijli ünvanlarından biridir: Dənizkənarı bulvar, “Port Baku”, “Crescent Mall” və “Zəfər Park”a bir addımlıq məsafədə. Məhz memarlıq, konsepsiya və lokasiyanın bu unikal kombinasiyası “Avenue 8″i yalnız yaşayış məkanı deyil, həm də uzunmüddətli gəlirli investisiya aktivi edir.

“Avant Group” 2010-cu ildən etibarən bazarda fəaliyyət göstərir və hazırda 1.1 milyon kvadratmetrdən artıq tikinti portfelinə sahibdir. Son illərdə şirkət Gürcüstan, Özbəkistan və BƏƏ kimi ölkələrdə də layihələr reallaşdıraraq beynəlxalq miqyasda fəal şəkildə fəaliyyətini genişləndirir. “Avenue 8” isə şirkətin premium şəhər rezidensiyaları istiqamətində növbəti uğurlu addımıdır.

Ətraflı məlumat:

www.avenue8.az

https://www.instagram.com/avenue8.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv