“Azerconnect Group” ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi

“Azerconnect Group” ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi






presstv

"Presstv"az #Audi, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” və ADA Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün süni intellektlə bağlı təlim təşkil edilib. “Süni intellekti kəşf edək” adlı təlimə ümumilikdə ADA Universitetinin müxtəlif fakültələrində təhsil alan 30-dan çox tələbə qatılıb.

Üç gün davam edən təlim sessiyası süni intellektin əsas prinsipləri, onun etik aspektləri və real biznes mühitində tətbiq imkanları kimi mövzuları əhatə edib. “Azerconnect Group”un süni intellekt sahəsində ixtisaslaşmış komandası tərəfindən aparılan təlimlərin məqsədi tələbələrdə süni intellekt sahəsinə marağı artırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını genişləndirmək, həmçinin texnologiyanın real biznes problemlərinin həllində praktik tətbiqini nümayiş etdirmək olub.

Sessiyalar zamanı süni intellektin bizneslərin inkişafı, proseslərin optimallaşdırılması və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində rolu kimi mövzulara xüsusi diqqət yetirilib. İnteraktiv formada təşkil olunan təlimlər sual-cavab sessiyası ilə davam edib. Sonda təlim iştirakçılarına sertifikatlar verilib, fərqlənən tələbələrə mükafatlar təqdim edilib.

Qeyd edək ki, gənclərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group”un dayanaqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və “FinTech”, “AdTech”, “Media/TV” kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Azerconnect Group ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi

Azerconnect Group ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi

Azerconnect Group ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv