Avropa İttifaqı mümkün müharibə ilə əlaqədar  texnikanın çevik yerdəyişməsi planı üzərində işləyir

Avropa İttifaqı mümkün müharibə ilə əlaqədar  texnikanın çevik yerdəyişməsi planı üzərində işləyir






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Avto, #avtomobillər, #Münaqişə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin hökumətləri ilə birlikdə mümkün hərbi münaqişə ilə əlaqədar ağır texnikanın qitə ərazisində operativ şəkildə yerdəyişməsinə imkan verən mexanizmin əlaqələndirilməsi üzərində işləyir.

presstvaz xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadla yazıb.

Bildirilir ki, təşəbbüs Aİ dövlətlərinin qoşunların və silahların yerdəyişməsi zamanı istifadə edə biləcəkləri nəqliyyat vasitələrinin – yük maşınlarının, dəmiryolu platformalarının və bərələrin ümumi fondunun yaradılmasını nəzərdə tutur. Gələn ay AK nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və blokun gömrük prosedurlarının sadələşdirilməsinə dair təkliflər təqdim etmək niyyətindədir.

Mənbələrin iddia etdiyinə görə, AK, həmçinin Aİ-də yük avtomobilləri və dəmiryol vaqonlarının xüsusi parkının yaradılması imkanlarını araşdırır, lakin Aİ-nin məhdud büdcəsi nəzərə alınarsa, bunu etmək çətin olacaq. Bütövlükdə layihə ilkin mərhələdədir və dəyişikliklərə məruz qala bilər.

Aİ 2025-ci ilin baharında genişmiqyaslı hərbiləşdirmə yolunda addımlar atıb. Mart ayında Brüsseldə keçirilən fövqəladə sammitdə birgə silah satın alınmasını nəzərdə tutan 800 milyard avroluq “ReArm EU” yenidən silahlanma planı təsdiq edilib. Daha sonra Aİ Şurası 2030-cu ilə qədər uzunmüddətli hərbi quruculuq proqramının bir hissəsi kimi, 150 milyard avroluq hərbiləşdirmə fondunun (SAFE) yaradılmasını təsdiqləyib. NATO-nun iyun ayında Haaqada keçirilən sammitində alyansın avropalı üzvlərinin hərbi xərclərinin 2034-cü il üçün ÜDM-in 5%-nə qədər artırılması qərara alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv