Abubakardan sonra daha bir tanınmış futbolçu “Neftçi”də oynamaq istəyir

Abubakardan sonra daha bir tanınmış futbolçu “Neftçi”də oynamaq istəyir






presstv

"Presstv"az #"Beşiktaş", #"Fənərbağça", #Almaniya, #Audi, #Azərbaycan, #Bakı, #Everton, #Futbol, #İngiltərə, #İstanbul, #Neftçi, #Premyer Liqası, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Fənərbağça”nın futbolçusu Cenk Tosun karyerasını Azərbaycanda davam etdirə bilər.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, İstanbul klubunda baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas heyətdən kənarlaşdırılan 34 yaşlı hücumçu özünə yeni komanda axtarır.

Türkiyə millisinin sabiq üzvü “Neftçi”yə keçmək istəyir. Təcrübəli forvard vaxtilə “Beşiktaş”da birlikdə oynadığı Vensan Abubakarın Bakı klubuna transferindən sonra Misli Premyer Liqasında oynamağa müsbət yanaşır. Kamerunlu hücumçu ilə yaxşı münasibətləri olan türkiyəli futbolçu onunla yenidən komanda yoldaşı olmaq istəyini dilə gətirib.

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin “Ayntraxt”, Türkiyənin “Qaziantepspor”, İngiltərənin “Everton” və “Kristal Pelas” klublarının da formasını geyinib. Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv