Sahibə Qafarova: “Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir”

Sahibə Qafarova: “Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Hakim, #Milli Məclis, #Müharibə, #Münaqişə, #Nəqliyyat, #Sahibə Qafarova, #Vaşinqton, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa etdi. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilən prinsiplər real həyatda öz təcəssümünü tapdı”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Spiker əlavə edib ki, Azərbaycanın regional və qlobal səviyyədə bütün fəaliyyəti – həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviqi, bu gün dünyanın üzləşdiyi müxtəlif çağırışlarla mübarizədə göstərdiyi səylər bu niyyət və baxışları əks etdirir:

“Xüsusilə qeyd etmək istərdim ki, 30 illik işğal dövrünə baxmayaraq, məhz Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış edib. Sülhün əsasını təşkil edən 5 təməl prinsip və sülh sazişinin layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Cari ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açıb”.

“İndiki qlobal geosiyasi dinamika şəraitində məhz Konstitusiya qaydası dövlətlərə öz dayanıqlığını qorumaqda və milli maraqları əsasında inkişaf etməkdə kömək göstərir. Azərbaycanın təcrübəsi də əyani surətdə göstərir ki, Konstitusiya xalqın iradəsindən və milli dəyərlərdən güc alanda, hakimiyyət ilə xalq arasında uzlaşmanı təmin edəndə cəmiyyəti birləşdirən və dövlətin müstəqilliyini qoruyan böyük qüvvəyə çevrilir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir. O, milli birliyimizi möhkəmləndirir və cəmiyyətin sabit inkişafına kömək göstərir”, – S. Qafarova diqqətə çatdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv