Azərbaycan və Belarusun baş nazirlərinin müavinləri Ağdamın Qızıl Kəngərli kəndində olublar

Azərbaycan və Belarusun baş nazirlərinin müavinləri Ağdamın Qızıl Kəngərli kəndində olublar






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Belarus, #Beynəlxalq Hava Limanı, #Emin Hüseynov, #Füzuli, #Gəmi, #Məcburi köçkün, #Orta məktəb, #Özbəkistan, #Qazax, #Samir Şərifov, #Şavkat Mirziyoyev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti Ağdamın Qızıl Kəngərli kəndində olublar.

presstvaz xəbər verir ki, baş nazirin müavinlərinə kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib.

Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.

Azərbaycan və Belarusun baş nazirlərinin müavinləri Ağdamın Qızıl Kəngərli kəndində olublar

Azərbaycan və Belarusun baş nazirlərinin müavinləri Ağdamın Qızıl Kəngərli kəndində olublar

11:45

Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Belarus tərəfindən həmsədri – baş nazirin müavini Natalya Petkeviç işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Onu Komissiyanın Azərbaycan tərəfindən həmsədri baş nazirin müavini Samir Şərifov müşayiət edib.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli Beynəlxalq Hava Limanında qonaqlara aeroport haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb, Qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında da məlumat verilib.

Qeyd edilib ki, Füzuli şəhərində hazırda mərkəzi xəstəxana və Peşə Təhsil Kompleksi tikilir. Dövlətyarlı kəndinin tikintisi isə sürətlə davam edir. Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək. Yaxın vaxtlarda şəhərin mərkəzi parkının tikintisinə başlanılacaq. Pirəhmədli kəndinin tikintisinə isə yeni başlanılıb və 2026-cı ilin sonuna kimi tamamlanacaq.

Sonra qonaqlar Ağdam rayonuna yollanıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv