Musa Kazım Arıcan: “Birinci Türkoloji Qurultay türk millətlərinin birliyini hədəfləyən addım kimi tarixə keçdi”

Musa Kazım Arıcan: “Birinci Türkoloji Qurultay türk millətlərinin birliyini hədəfləyən addım kimi tarixə keçdi”






presstv

"Presstv"az #Audi, #Türkiyə, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Birinci Türkoloji Qurultay türk millətinin mədəni bütövlüyünü, dil birliyini və elmi həmrəyliyini hədəfləyən böyük bir addım kimi tarixə düşdü”.

Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin yeni buraxılışında Türkiyə Yazarlar Birliyinin baş katibi Musa Kazım Arıcan deyib.

O qeyd edib ki, qurultayın 100 illiyi münasibətilə bir araya gələrək bu müqəddəs irsi yad etmək və onu yenidən dəyərləndirmək yalnız keçmişə sədaqət deyil, həm də gələcəyə yönəlmiş aydın bir baxış deməkdir:

“Qurultay əlifba birliyindən yazı qaydalarına, ortaq terminologiyadan tədris metodikasına qədər bir çox sahədə ortaq düşüncənin və elmi yanaşmanın məhsulu olan qərarları ilə türk xalqlarının dil və mədəniyyət yolunda təməl daşlarından birinə çevrilib”.

Baş katib vurğulayıb ki, həmin gün qəbul edilən qərarların arxasındakı iradə və fədakarlıq yaddaşımızda yaşayır:

“Qurultayda iştirak edən bir çox alim və şair sonradan təzyiqlərin qurbanına çevrildi. Lakin onların səyləri bugünkü qardaşlığımızın, elmi əməkdaşlığımızın və mədəni həmrəyliyimizin bünövrəsini qoydu”.

Musa Kazım Arıcan əlavə edib ki, bu gün bizə düşən vəzifə bu mirası sadəcə qorumaq deyil, onu rəqəmsal dövrün imkanları ilə gələcəyə daşımaqdır.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv