Polşa prezidenti ölkənin baş nazirini söz azadlığını məhdudlaşdırmaqda ittiham edib

Polşa prezidenti ölkənin baş nazirini söz azadlığını məhdudlaşdırmaqda ittiham edib






presstv

"Presstv"az #Audi, #Avropa, #Donald Tusk, #Polşa, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşa Prezidenti Karol Navrotski ölkənin Baş naziri Donald Tusku rəqəmsal kontenti bloklamağa imkan verən qanun layihəsini təsdiqləməklə söz azadlığını məhdudlaşdırmaq və respublikada senzura tətbiq etmək cəhdlərində ittiham edib.

presstvaz xəbər verir ki, prezident bunu özünün “X” sosial şəbəkəsindəki statusunda yazıb.

“Hökumət qanunazid məzmuna və dezinformasiyaya qarşı mübarizə bəhanəsi ilə söz azadlığını məhdudlaşdırmaq və bunu kontenti vəzifəli şəxslərin inzibati qərarları ilə bloklamaq mexanizminin köməyi ilə etmək istəyir”, – deyə Navrotski bildirib.

Polşa prezidenti əlavə edib ki, belə bir vəziyyət yolverilməzdir və respublika vətəndaşları, nə qədər ki, öz fikirlərini azad ifadə etmək hüquqları əllərindən alınmayıb, məsələ ilə bağlı bu hüquqlarından istifadə etməlidirlər.

Bununla da dövlət başçısı Donald Tusk hökuməti tərəfindən işlənib hazırlanmış və Avropa İttifaqı normativlərini Polşaya şamil edən “Rəqəmsal xidmətlər haqqında qanun” layihəsinə münasibət bildirib. Qanun layihəsinə əsasən, fiziki şəxslər, o cümlədən polis, prokurorluq və digər dövlət orqanları qanunazid hesab etdikləri istənilən kontentin bloklanmasını tələb edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv