Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Finlandiya, #Milli Məclis, #Təhsil, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcəyi ilə bağlı məsələ müzakirə mövzusu olub.

presstvaz xəbər verir ki, bu fikir Milli Məclisin son iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayevin çıxışında yer alıb.

Nazir müavini bildirib ki, sertifikasiya prosesi bitəndən sonra, növbəti mərhələlərdə müəllimlərin əməkhaqlarının artırılmasının digər yolları düşünülür.

Müzakirə iştirakçılarını maraqlandıran əsas suallar müəllimlərin əməkhaqqının artırılmasında hansı yeniliklərin və iş rejimində hansı dəyişikliklərin edilə biləcəyi ilə bağlı olub.

Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin əməkhaqqı sistemində yeniliklərin tətbiqi hazırda müzakirə mərhələsindədir.

Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsi tam yekunlaşdıqdan sonra bu barədə təkliflər təqdim ediləcək”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, müəllimlərin sertifikasiyadan keçirilməsi hər beş ildən bir həyata keçirilir. Sertifikasiyanın ilk mərhələsi (ilk beş ili) isə 2026-cı ildə başa çatacaq.

Təhsil eksperti Elçin Əfəndi presstvaz-a açıqlamasında bildirib ki, maaşların iş saatına görə müəyyən edilməsi sistemi həyata keçirilərsə, bu, müəyyən mənada repetitorluğun qarşısını alacaq:

Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

“Ölkəmizdə bəzi müəllimlərin həftəlik dərs saatı 18-36 saat aralığında, bir çoxunda isə 18-24 saat aralığındadır. Ümumilikdə isə ölkəmizdə dərs saatı həftəlik 20-24, rəsmi iş saatına gəlincə isə 35-40 saat aralığındadır. İndiki halda əməkhaqqı əsasən, tədris olunan dərs saatına görə hesablanırdısa, yeni təklifə görə, artıq iş saatına görə hesablanacaq.

Fikrimcə, bu təklif qəbul edilərsə, müsbət nəticələri olacaq. İlk növbədə müəllimlərin əmək haqlarında bir qədər artım olacaq. İkincisi, müəllimlərin yazı-pozu işləri əvvəlki dövrlərlə müqayisədə bir qədər azalacaq, üçüncüsü isə repetitorluq fəaliyyətinin qarşısı müəyyən qədər alınacaq. Çünki yeni təklifə əsasən, müəllimlər təhsil müəssisəsində iş saatı bitənədək qalmaq məcburiyyətində olacaqlar. Ənənəvi qaydada isə dərs saatı bitən kimi təhsil müəssisəsi tərk edilir və evdə, hansısa icarə obyektdə repetitor fəaliyyəti başlanırdı”, – deyə E.Əfəndi qeyd edib.

Ekspert onu da diqqətə çatdırıb ki, dünyanın əksər ölkəsində müəllimlərin əmək haqqı iş saatına görə hesablanır:

“ABŞ, Finlandiya, Yaponiya və s. kimi ölkələri nümunə olaraq göstərə bilərik. Məsələn, Finlandiyada həftəlik rəsmi iş saatı ya 32-36-dırsa, ABŞ-də bu 40-45 aralığındadır.

Bu məqam imkan verir ki, müəllimlər tədris bitdikdən sonra şəxsi inkişafa, növbəti günlə bağlı planlanmaya və s. zaman ayıra bilsinlər. Mənfi tərəf kimi biz sadəcə alınan qərarla paralel müəllimlərin faktiki yazı-pozu işlərinin saxlanılması tələbini görə bilərik, qalan digər hallar müsbətə doğru alınan qərar olaraq səciyyələndirilə bilər”, – deyə E.Əfəndi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv