“Azeronline” ardıcıl şəkildə müştəri məmnuniyyətini gücləndirir

“Azeronline” ardıcıl şəkildə müştəri məmnuniyyətini gücləndirir






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azeronline LTD” BM tərəfindən aparılan müştəriyönümlü xidmət siyasəti nəticəsində 2025-ci ildə müştəri məmnuniyyəti göstəricilərində nəzərəçarpan artım qeydə alınıb.

Aparılan təhlillərə əsasən, müştəri münasibət indeksini ölçən NPS göstəricisi əvvəlki dövrlə müqayisədə 11 bal yüksələrək 69%-ə çatıb.

Bu nəticə “Azeronline” komandasının müştəri təcrübəsinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və istifadəçiyönümlü yanaşmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin göstəricisidir.

Şirkət NPS ölçməsini müştəri təcrübəsinin əsas indikatorlarından biri kimi qiymətləndirir və növbəti dövrlərdə də xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, istifadəçilərin ehtiyaclarına çevik cavab verilməsi və brendə etimadın gücləndirilməsi istiqamətində tədbirlərini davam etdirəcək.

Qeyd edək ki, NPS (Net Promoter Score) müştərilərin şirkətin xidmətlərindən nə dərəcədə məmnun olduğunu və bu xidməti başqalarına tövsiyə etmə ehtimalını ölçən beynəlxalq göstəricidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv