Kimlərə xurma yemək olmaz?

Kimlərə xurma yemək olmaz?






presstv

"Presstv"az #Allergiya, #diabet, #Dondurma, #Həkim, #Mədə-bağırsaq xəstəlikləri, #Rusiya, #Xurma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xurma hər kəs üçün faydalı deyil.

presstvaz xəbər verir ki, bunu rusiyalı qida mütəxəssisi, həkim-nutrisionist Yekaterina Guzman deyib.

Onun sözlərinə görə xurma mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet və ya qəbizlik meyli olan insanlar üçün risk daşıya bilər. Bu, meyvədəki taninlər və yüksək şəkər miqdarı ilə bağlıdır.

"Yetməmiş xurma çox tanin ehtiva edir (xüsusilə korolyok kimi büzücü sortlar) bu da artıq bağırsaq hərəkətində problemləri olan insanlarda qəbizliyə səbəb ola bilər. Buna görə yetişmiş xurma seçmək və ya tanin miqdarını azaltmaq üçün xurmanı dondurmaq məsləhətdir. Həddindən artıq istifadə zamanı və mədə hərəkəti zəif olan insanlarda (məsələn, mədə əməliyyatından sonra və ya diabetik qastrit zamanı) fitobezoar əmələ gətirə bilər. Fitobezoarlar qarın ağrısı, ürəkbulanma, qusma və hətta bağırsaq tıxanıqlığına səbəb ola bilər. Risk qrupundakı insanlar xurmanı yeməkdən sonra və məhdud miqdarda istifadə etməlidirlər", – deyə Guzman bildirib.

O həmçinin şəkərli diabeti olan insanlara xurmanı həddindən artıq yeməməyi tövsiyə edib, çünki 100 qram xurmanın təxminən 16 qram şəkər tərkibi var.

"Xurma kifayət qədər şirindir, buna görə də şəkərli diabet və ya qlükoza dözümsüzlüyü olan insanlar miqdarı məhdudlaşdırmalı və qida rasionuna daxil edərkən nəzərə almalıdır. Xurma yedikdən sonra qan şəkərini izləmək və həkimlə məsləhətləşmək vacibdir. Xurmaya allergiya nadir hallarda olur, amma mümkün ola bilər, xüsusilə digər meyvə və giləmeyvələrə allergiyası olan insanlarda", – deyə Guzman əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv