Pişiklərdən yoluxur, beyni məhv edir

Pişiklərdən yoluxur, beyni məhv edir






presstv

"Presstv"az #Pişiklər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər milyonlarla insanın beynində yaşayan Toxoplasma gondii parazitinin zəif yerini aşkar ediblər.

presstvaz xəbər verir ki, Virciniya və Merilend Veterinar Tibb Kollecinin mütəxəssisləri T. gondii-nin həyatda qalması üçün vacib olan TgAP2X-7 adlı zülalı müəyyən ediblər. Bu zülal olmadan parazit sahib hüceyrələrinə daxil ola və çoxala bilmir.

T. gondii adətən pişiklərdən yoluxur, pişiklərin orqanizmində parazit cinsi yolla çoxalır. Yoluxmadan sonra parazit uzun müddət insan beynində qalır, lakin simptomlar vermir. İmmunitet zəiflədikdə isə infeksiya aktivləşir və toksoplazmoz xəstəliyi inkişaf edir. Bu xəstəlik beyin iltihabı və orqan zədələnməsi ilə müşayiət olunur.

Ənənəvi müalicə dərmanlarının ciddi yan təsirləri olduğundan, alimlər paraziti yalnız ona təsir edəcək, insan hüceyrələrinə zərər verməyən üsullar axtarırdılar. Tədqiqatçılar TgAP2X-7 zülalı modifikasiya olunmuş parazit nümunələrində bitki hormonu auksin təsiri altında məhv edilib. Zülal olmadan T. gondii plaketlər yaratmaq, hüceyrələrə daxil olmaq və çoxalmaq imkanını itirir.

Alimlər bildirirlər ki, TgAP2X-7 insan orqanizmində analoqu olmayan zülaldır, ona təsir göstərmək paraziti məhv etməyə imkan verir, eyni zamanda xəstəyə zərər vermir.

"Yeni toksoplazmoz müalicə üsullarına ciddi ehtiyac var və TgAP2X-7 bu sahədə real imkanlar açır", – deyə tədqiqatın həmmüəllifi Padmadja Mandadi bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv