Makronun bu addımı Fransada etirazlara səbəb oldu

Makronun bu addımı Fransada etirazlara səbəb oldu






presstv

"Presstv"az #Emmanuel Makron, #Fransa, #Münaqişə, #Quru Qoşunları, #təyyarə, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya "Mirage" qırıcıları və "Aster" zenit raket sistemlərinin verilməsi ilə bağlı açıqlamaları ölkədə narazılıq doğurub və müzakirələrə yol açıb.

presstvaz xəbər verir ki, məsələ ilə bağlı Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo özünün "X" sosial media hesabında paylaşım edərək, bu addımı münaqişəni uzatmaq niyyəti kimi qiymətləndirib.

Filippo yazıb ki, belə siyasət Fransanı və ordu qüvvələrini yoracaq, iqtisadi yük yaradacaq və buna imkan verilməməlidir.

O, xahiş edib:

"Bu böyük qalmaqalı sona çatdırın! Ukraynaya heç bir hərbi yardım, avro və ya əsgər göndərilməməlidir".

Qeyd edilir ki, Fransa rəsmi şəkildə 2026-cı ildə Ukraynada hərbi personal yerləşdirmə niyyətindən bəhs edib və Fransa Quru Qoşunlarının Baş Qərargahı təxminən 7 min hərbçinin göndərilməsinə hazır olduqlarını bildirib.

Bundan əlavə, Makron "istəklilər koalisiyası"nın iclasında Ukra y anaya "Aster" raketlərinin və "Mirage" döyüş təyyarələrinin tədarük ediləcəyini açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, müttəfiqlər onun ölkəsinə dəstək tədbirlərini razılaşdırıblar, lakin bu qərarları "Putini çətin vəziyyətə salmaq" məqsədilə hamısını üzə çıxarmaq niyyətində deyillər.

Mövzu Fransada və beynəlxalq müstəvidə geniş müzakirə olunur və qərarın regional təhlükəsizlik, hərbi və iqtisadi nəticələri barədə fərqli baxışlar mövcuddur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv