Makronun Ukraynaya “Mirage” qırıcılarını vermək planları fransızları qorxuya salıb

Makronun Ukraynaya “Mirage” qırıcılarını vermək planları fransızları qorxuya salıb






presstv

"Presstv"az #Audi, #Emmanuel Makron, #Fransa, #Müharibə, #Münaqişə, #Quru Qoşunları, #təyyarə, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya “Mirage” qırıcıları və “Aster” raketləri veriləcəyinə dair bəyanatı onun bu münaqişəni uzatmaq niyyətindən xəbər verir.

presstvaz xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu müdhiş qalmaqala son verin! Bu, müharibəni davam etdirmək, silahlı qüvvələrimizi və Fransanı müflis etmək deməkdir! Ukraynaya bircə silah, bircə avro və şəksiz ki, bircə əsgər belə verilməməlidir!” – deyə Filippo yazıb.

Fransa rəsmən elan edib ki, 2026-cı ildə öz qoşunlarını Ukraynada yerləşdirmək niyyətindədir. Fransa Quru Qoşunlarının Baş Qərargahı Ukraynaya yeddi min hərbçi göndərməyə hazırdır.

Üstəlik, Emmanuel Makron “istəklilər koalisiyası”nın görüşündə Ukraynaya “Aster” raketləri və “Mirage” təyyarələrinin tədarük ediləcəyini bildirib. Volodimir Zelenski vurğulayıb ki, Ukraynanın müttəfiqləri onun ölkəsini dəstəkləyən tədbirləri razılaşdırıblar, lakin “Putini müşkülə salmaq üçün” bunları açıqlamaq niyyətində deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv