Mahirə görə iclas oldu – Niyə oynamır?

Mahirə görə iclas oldu – Niyə oynamır?






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Futbol, #Mahir Emreli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"də çıxış edən Mahir Emreli Azərbaycan millisinin düşərgəsindən qayıtdıqdan sonra klubda hücumçu ilə bağlı iclas keçirilib.

presstvaz futbolinfo.az-a istinadən xəbər verir ki, iclasda klub idarəçiləri, forvardın menecerləri və baş məşqçi iştirak edib. Müzakirə olunan məsələ isə Mahirin Kayzerslautern təmsilçisinin heyətində niyə meydana çıxmaması və baş məşqçinin ona hansı səbəbdən şans verməməsi olub.

Maraqlıdır ki, yığmamızın forvardını israrla istəyən klubun çalışdırıcısının ona səbəbsiz yerə şans verməməsi ortaya çıxıb. Baş məşqçi Torsten Liberknext buna tutarlı səbəb gətirə bilməyib. O, müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışıb.

Çalışdırıcı əvvəlcə futbolçunun məşq prosesindən narazılığını ifadə edib. Amma Mahirin menecerləri və futbolçu məşqdəki statistikaları göstərdikdən sonra bunun yalan olduğu ortaya çıxıb.

Daha sonra isə Liberknext Azərbaycan yığmasının İslandiyaya qarşı oynadığı matçdan öncə keçirdikləri oyunda Mahirin zədəli olmasını, həmin vaxt isə keçirdikləri matçda qələbə qazandıqlarını və buna görə qalib heyəti dəyişmək istəmədiyini bildirib. Lakin əvvəlcə başqa söz deyən məşqçinin sonradan bunu ortaya atmasının bəhanə olduğu görünür. 

Təəccüblüsü odur ki, "Kayzerslautern" "Hannover"lə bütün məsələlərdə razılığa gələn Mahiri son anda fikrindən danışındıraraq onunla müqavilə imzalayıb. Onlar müxtəlif yollarla forvardın keçidində israr ediblər.

İndi Emrelinin oynamamasının günahı isə özündə deyil. Futbolçu hələ komandaya transfer olunduğu dönəmdə bir çox variantlardan məhz oynamaq istədiyi üçün imtina edib. O, daha çox meydanda olmaq istəyini nəzərə alaraq qərar verib.

Məsələ burasındadır ki, baş məşqçi tərəfindən Mahirə qarşı ayrıseçkilik edilir. Komandada olan yerli futbolçularla azərbaycanlı oyunçu arasında fərq qoyulur. Bu gün Mahirin "Kayzerslautern"də yaşadığı problemin də kökündə bu durur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv