Sarkozi həbsxanaya gəlişi ilə orada çaxnaşma yaradıb

Sarkozi həbsxanaya gəlişi ilə orada çaxnaşma yaradıb






presstv

"Presstv"az #Audi, #Fransa, #Liviya, #Nikolya Sarkozi, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın sabiq prezidenti Nikolya Sarkozinin Parisin “La Sante” həbsxanasında keçirdiyi ilk günlərdə orada çaxnaşma başlayıb, üç məhbus saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Bildirilir ki, məhbusları ona hədə-qorxu gəldikləri üçün saxlayıblar. Üstəlik, digər məhbuslar da 70 yaşlı Sarkoziyə gün verib işıq vermir, ünvanına təhqiredici ifadələr işlədirlər. Məlum olduğu kimi, sabiq prezident vaxtilə cinayətkarlara qarşı açıq nifrəti ilə seçilib.

Sarkozinin onunla hamı kimi davranılması tələblərinə baxmayaraq, Fransa qanunvericiliyinə görə, dövlətə rəhbərlik etmiş şəxs kimi, onu həbsxanada hökumət mühafizəsindən iki silahlı zabit müşayiət edir. Qeyd edək ki, həbsxananın özünün mühafizə işçiləri silahsızdırlar.

Digər məhbuslara keçmiş prezidentlə təmasda olmaq qadağan edilib. Məhbusları qıcıqlandıran budur ki, ona digər məhbuslarla müqayisədə dörd dəfə geniş yer ayrılıb.

Xatırladaq ki, sentyabrın 25-də Paris məhkəməsi keçmiş dövlət başçısını 2007-ci il prezident seçkisi kampaniyasının qanunsuz maliyyələşdirilməsi məqsədilə ətrafındakıların Liviya lideri Müəmmər Qəddafiyə müraciət etməsi ilə bağlı cinayətkar sövdələşmədə təqsirli bilib. Eyni zamanda, siyasətçi korrupsiya ittihamlarından bəraət alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv