“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq

“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq






presstv

"Presstv"az #Audi, #Kitab, #Meşə, #SİMA İmza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC dünya marketinq elminin banilərindən sayılan Filip Kotlerin “Müasir marketinqin əsasları” adlı nəşrində təqdim ediləcək.

Nəşrdə “AzInTelecom”un uğurlu təcrübəsi kimi SİMA Rəqəmsal Həllər Platforması xüsusi yer alacaq. Kitabda biometriya texnologiyasına əsaslanaraq rəqəmsal imza, identifikasiya və ödəniş sistemlərini bir ekosistemdə birləşdirən platformanın ölkədə rəqəmsal xidmətlərə çıxışı asanlaşdırmasından bəhs olunur.

Filip Kotlerin kitabında “AzInTelecom”un yanaşması texnologiya ilə bərabər, həm də marketinq və istifadəçi təcrübəsinin uğurlu sintezi kimi dəyərləndirilir. Belə ki, şirkət rəqəmsal imzanın geniş istifadəsini təşviq etmək üçün sadə interfeys, biometrik identifikasiya və çoxkanallı kommunikasiya strategiyası tətbiq edir. Bu yanaşma nəticəsində “SİMA İmza” mobil tətbiqi beş milyondan çox istifadəçi tərəfindən yüklənilib, 50 milyondan artıq tranzaksiya həyata keçirilib.

İstənilən vaxt və məkanda etibarlı, davamlı və innovativ xidmətlər təqdim etmək məqsədilə yaradılmış SİMA ölkənin rəqəmsallaşma prosesini sürətləndirir. Platforma, həmçinin ekoloji dəyərlərə də töhfə verir – kağız sərfiyyatının azalması sayəsində meşələrin qorunmasına, enerji və su ehtiyatlarının qənaətinə şərait yaradır. “AzInTelecom” SİMA Rəqəmsal Platforması ilə yanaşı, innovativ “bulud” həlləri, kibertəhlükəsizlik və sertifikatlaşdırma xidmətləri vasitəsilə rəqəmsal gələcəyin birgə formalaşdırılmasına da töhfə verir.

“Müasir marketinqin atası” kimi tanınan Filip Kotler 90-dan çox kitabın, o cümlədən dünyanın aparıcı tədris müəssisələrində öyrədilən “Marketing Management” əsərinin müəllifidir. Onun 60 ili əhatə edən karyerası marketinqin elmi və praktik əsaslarını formalaşdırıb. Kotlerin “Harvard Business Review”, “Journal of Marketing” kimi nüfuzlu jurnallarda 100-dən artıq məqaləsi dərc edilib, dünyanın müxtəlif ölkələrində şirkətlərə rəqabət qabiliyyətini artırmaq üçün effektiv marketinq prinsiplərini tətbiq etməyə dəstək olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv