Mikayıl Cabbarov: “Türk dövlətləri müxtəlif platformalarda daim bir-birilərini dəstəkləyirlər”

Mikayıl Cabbarov: “Türk dövlətləri müxtəlif platformalarda daim bir-birilərini dəstəkləyirlər”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Hadisə, #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov, #Qəbələ, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türk dövlətləri daim ikitərəfli və çoxtərəfli platformalarda bir-birilərini dəstəkləyirlər”.

presstvaz xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, ortaq türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər, eləcə də ölkə rəhbərləri arasında qarşılıqlı etimad və dostluq münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da güclənməsi üçün möhkəm təməl yaradır:

“Türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək, təhsil və sosial infrastrukturun yenidən qurulması istiqamətində atdığı addımlar qardaşlıq həmrəyliyinin və ortaq dəyərlərimizin təcəssümüdür. Eyni zamanda, Azərbaycanın türk dövlətlərində həyata keçirdiyi sosial layihələr və mədəni təşəbbüslər qardaş ölkələr arasında dostluğun, qarşılıqlı etimadın və türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edir”.

Nazir əlavə edib ki, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısının Qəbələ şəhərində keçirilməsi və təşkilata bir il müddətinə Azərbaycanın sədrliyinin keçməsi mühüm hadisə olub:

“İnanırıq ki, sədrliyimiz dövründə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə ediləcək. Qəbul edilmiş Qəbələ Bəyanatında üzv ölkələr arasında süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye strategiyalarına inteqrasiyasının təşviqi xüsusi olaraq vurğulanıb. Bu, türk dövlətlərinin qarşıdakı illərdə innovasiyaya əsaslanan iqtisadi inkişaf modelinə keçidi baxımından mühüm istiqamətdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv