Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib

Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib






presstv

"Presstv"az #Astana, #Azərbaycan, #Bakı, #Mikayıl Cabbarov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan son illərdə startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir və bu sahəni iqtisadi diversifikasiyanın, rəqabət qabiliyyətinin və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirir”.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, startapların təşəbbüskarlığı, çevikliyi və innovativ düşüncəsi ölkəmizdə yeni iqtisadi dəyərlərin formalaşmasına, qeyri-neft sektorunun genişlənməsinə və rəqabətli texnologiya mühitinin yaranmasına mühüm töhfə verir.

“Azərbaycanda bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri “Sabah.hub” innovasiya mərkəzidir. “Sabah.hub” gənc mütəxəssisləri, startapları və investorları bir araya gətirərək ideyadan kommersiyalaşmaya qədər olan prosesdə dəstək göstərir. Mərkəzin nəzdində yaradılmış “Sabah Venture Fondu” isə yerli innovasiya layihələrinə sərmayə yatırmaqla, yeni nəsil texnoloji şirkətlərin formalaşmasına təkan verir. Bu, Azərbaycanın innovasiyanı iqtisadi siyasətin əsas tərkib hissəsinə çevirdiyini bir daha göstərir. Türk dövlətlərinin startap sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılması və regiondaxili bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə yeni əməkdaşlıq forması – Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılmasını təklif etmək istərdik. Platforma üzv ölkələr arasında innovasiya, startap və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın koordinasiyasını təmin edəcək, bilik, təcrübə və texnoloji resursların paylaşımını asanlaşdıracaq vahid mexanizm rolunu oynayacaq. Bu təşəbbüs regionda innovativ inkişafı sürətləndirəcək və gənc sahibkarların potensialının reallaşmasına yeni imkanlar yaradacaq”, – deyə nazir vurğulayıb.

Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) sənaye, elm, texnologiya və innovasiya üzrə işçi qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının (CTPO) yaradılmasını da təklif edilib:

“Əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda, 2023-cü ilin noyabrında TDT-nin Astanada keçirilmiş 10-cu Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının (TÜRKMET) yaradılması təşəbbüsü sənaye və texnologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. TÜRKMET-in təsis olunması regional iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından vacibdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv