Dərmanların təsiredici maddələrinin adlarının xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqlənib

Dərmanların təsiredici maddələrinin adlarının xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqlənib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dərman vasitələri, #Əli Əsədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası təsdiqlənib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Meyarlara gəlincə, aşağıdakı meyarlardan hər birinə cavab verən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) xidmətlər zərfinə daxil ediləcək:

– rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində əhalinin ölüm və (və ya) əlillik faizi yüksək olan və (və ya) sayında davamlı artım müşahidə olunan xəstəliklərin və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlərin farmakoterapevtik müalicəsində və ya xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;

– farmakoterapevtik müalicənin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində həmin farmakoterapevtik müalicəyə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;

– farmakoterapevtik müalicənin sübutlu təbabət prinsiplərinə uyğunluğu;

– İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə sığorta təminatında olması;

– klinik protokollarda mövcudluğu;

– effektiv və təhlükəsiz olması.

Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:

– yeni və səmərəli farmakoterapevtik müalicə üsullarının tətbiqi;

– Azərbaycanda tətbiqinin qadağan edilməsi;

– bu Sənədin 2.1-ci bəndi ilə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.

Aşağıdakı meyarlardan hər birinə cavab verən tibb vasitələri xidmətlər zərfinə daxil ediləcək:

– xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;

– tibb vasitəsinin sübutlu təbabət prinsiplərinə uyğunluğu;

– tibb vasitəsini.

Tibb vasitələrinin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:

– yeni və səmərəli tibb vasitəsinin tətbiqi;

– tibb vasitəsinin Azərbaycanda tətbiqinin qadağan edilməsi;

– tibb vasitəsinin bu Sənədin 2.3-cü bəndi ilə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv